Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakının mərkəzində maraqlı mənzərə: dayanacaq görün harada quraşdırılıb - VİDEO

Bakının mərkəzində maraqlı mənzərə: dayanacaq görün harada quraşdırılıb - VİDEO

Tarix: 29 Oktyabr 2022 14:06

Dayanacağın olmaması bir dərd, olması daha böyük dərd. Nəyə görə olmasını da dərd kimi təqdim etdim. Demək, paytaxtda dayanacaqlardan birini  düz piyada səkisinin ortasına quraşdırıblar. Görək aidiyyəti qurum buna necə bir  açıqlama verib. 

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, avtobus dayanacağı piyada səkisinin düz ortasında quraşdırılıb. Bura paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsidir. Küçədə olan dayanacaqlardan birinin bu formada quraşdırılması piyadalara çətinlik yaradır.

Piyadalar tezliklə bu dayanacağın yerinin dəyişdirilməsini istəyirlər. 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, həmin dayanacaq Agentlik yaranmazdan əvvəl quraşdırılıb. Buna baxmayaraq, problem nəzarətə götürülüb. Artıq paytaxtda bu vəziyyətdə olan bir neçə dayanacağın yeri dəyişdirilib. Yaxın günlərdə bu dayanacaq da uyğun yerə köçürüləcək.

Milli.Az


Etiketlər:  Bakının mərkəzində maraqlı mənzərə dayanacaq görün harada quraşdırılıb VİDEO


RƏYLƏR