Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2022 23:34
Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramı münasibətilə keçirilən izdihamlı tədbirdə 120 nəfər ölüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 100 nəfərin xəsarət aldığı bildirilir.
Prezident Yun Sok Yol və baş nazir Han Dok Su həkimləri lazımi yardım göstərməyə çağırıblar.
Hadisə ilə bağlı paytaxt meri O Se Xun Avropaya səfərini yarımçıq qoymaq qərarına gəlib.
Bundan əlavə, Yun Sok Yol hadisə ilə əlaqədar təcili iclas keçirib.
Polis şənbə günü əraziyə 100 minə yaxın insanın toplaşdığını təxmin edir.
22:05
Cənubi Koreyanın Seul şəhərində Hellouin bayramı şənliyində yaranan izdiham zamanı azı 59 nəfər ölüb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə "Mirror" Cənubi Koreya mətbuatına istinadən məlumat yayıb.
İzdiham zamanı xəsarət alanların sayı 100-ə çatır. Hadisə yerinə onlarla təcili yardım maşını və polis gəlib. Ölkə prezidenti və baş nazir tibb mütəxəssislərini lazımi yardım göstərməyə çağırıblar.
Bundan əvvəl Seulda keçirilən Hellouin bayramında azı 50 nəfərin xəsarət aldığı bildirilirdi.
Cənubi Koreya hökuməti Seulun mərkəzində Hellouin bayramı münasibətilə yaranan izdiham nəticəsində azı 59 nəfərin öldüyünü, azı 150 nəfərin yaralandığını təsdiqləyib.
Bu barədə şənbə günü fövqəladə xidmətlərə istinadən "Yonhap" agentliyi məlumat yayıb.
Bundan əvvəl KBS telekanalı iki nəfərin öldüyünü bildirib.
Qeyd edək ki, daha əvvəl açıqlanan məlumata görə, 50-yə yaxın insanda ürək dayanması diaqnozu qoyulub.
Hadisə yerinə onlarla təcili yardım və polis əməkdaşı gəlib. Prezident Yun Sok Yol və Baş nazir Xan Dok Su hadisəyə reaksiya verərək tibb mütəxəssislərini lazımi yardım göstərməyə çağırıblar.
"Yonhap" agentliyinin məlumatına görə, şəhər meri O Se Xun Avropaya səfərini ləğv etmək qərarına gəlib. Polis şənbə günü əraziyə 100 minə yaxın insanın toplaşdığını təxmin edir.