Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-dan Putinin Azərbaycan-Ermənistan mesajına cavab – “Saxtadır”

ABŞ-dan Putinin Azərbaycan-Ermənistan mesajına cavab – “Saxtadır”

Tarix: 29 Oktyabr 2022 22:42

"Azərbaycan və Ermənistanla bağlı niyyətlərimizə gəlincə, bununla əlaqəli Moskvadan aldadıcı məlumatlar, daha doğrusu, dezinformasiyalar gəlməkdə davam edir.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

O, ABŞ-ın onilliklər ərzində bu iki ölkənin tərəfdaşı olduğunu vurğulayıb.

Praysın sözlərinə görə, Cənubi Qafqaz ölkələrinin, o cümlədən Azərbaycan və Ermənistanın suverenliyi və müstəqilliyinin ABŞ-dan böyük tərəfdarı yoxdur:

"1991-ci ildə Ermənistan və Azərbaycanın müstəqilliyini bərpa etməsi dönüş nöqtəsi oldu. Azərbaycan və Ermənistanla əlaqə saxlayırıq, bunu yalnız bir məqsədlə edirik: zorakılığa son qoymaq və bu ölkələri davamlı və hərtərəfli sülh yoluna çıxarmaq. Bu ölkələri onlar üçün ən faydalı formatda görüşməyə çağırmışıq. Problemlərin həlli və davamlı sülhə nail olmaq üçün birbaşa dialoqun faydalı olacağına inanırıq".

Prays onu da deyib ki, Rusiyanın səylərini konkret şərh etməyəcək, məhz bu iki ölkə - Azərbaycan və Ermənistan qarşıdakı danışıqlarda hansı yanaşmadan istifadə edəcəklərinə qərar verməlidir: "Qonşuları haqqında danışanda dünya Rusiyanın tarixini bilir".

Amerika rəsmisi əlavə edib:

"Yeganə məqsədimiz bu ölkələrə zorakılığa son qoymağa və Ermənistan və Azərbaycan xalqlarının çox arzuladığı davamlı və hərtərəfli sülhün bərqərar olmasına kömək etməkdir".

Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl Azərbaycanla Ermənistan arasında mümkün sülh sazişinin imzalanmasından danışıb:

"Əlbəttə Ermənistanla Azərbaycan arasında sülh sazişi zəruridir və Rusiya sülh yolu ilə nizamlanmanın tərəfdarıdır.

Biz Ermənistana nəyisə məcbur etmək fikrində deyilik, edə bilmərik və diktə etməyəcəyik. Əgər erməni xalqı və bugünkü rəhbərlik qərara gəlsə ki, konkret variant seçsinlər, bildiyimə görə, Vaşinqton variantı Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını nəzərdə tutur, o zaman buyursunlar".


Etiketlər:  ABŞ Putinin Azərbaycan Ermənistan mesajına cavab Saxtadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ