Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2022 18:30
Paytaxt ərazisində yerləşən parkların birindən fiziki məhdudiyyətli şəxslər və uşaq arabası ilə gəzən sakinlər istifadə edə bilmirlər. Buna səbəb isə onların hərəkəti üçün quraşdırılmış pandusdur. Pandus elə inşa edilib ki, ümumiyyətlə istifadəyə yararsızdır. Məsələyə rəsmi qurum da münasibət bildirib.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, uşaq arabasını yuxarı qaldırmaq üçün dəfələrlə cəhd edir. Ana nə qədər səy göstərsədə, körpə uşağı ilə yuxarı qalxa bilmir.
Bura Paytaxtın Azadlıq Prospekti və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən parkdır. Parkın pilləkənlərində nəzərdə tutulmuş pandus düzgün tikilməyib. Bu isə fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan insanların və uşaq arabası ilə olan şəxslərin hərəkətində çətinliklər yaradır.
Bu hal paytaxt sakinlərini də narahat edir.
Bəzi sakinlər isə iddia edir ki,umumiyyətlə o pandusdakı pilləkənlər artıqdır.
Ekspertlər isə bildirir ki,pilləkən sayı az olan yerlərdə dəmir məhəccərlərə ehtiyac yoxdur. Digər ərazlərdəki panduslarda isə pilləkənlər içəridə olmalıdır.
Məsələ ilə əlaqədar Nəsimi rayon icra hakimiyyətindən isə bildirildi ki, əraziyə baxış keçirildikdən sonra problemin həlli istiqamətində işlər görüləcək.