Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada mitinqdə polisə “Molotov kokteyli” atdılar - VİDEO

Fransada mitinqdə polisə “Molotov kokteyli” atdılar - VİDEO

Tarix: 31 Oktyabr 2022 19:12

Fransanın qərbində ekoloji fəallar əkin sahələrini suvarmaq üçün su anbarının tikintisinə qarşı keçirilən aksiyada polisə "Molotov kokteyli" atıblar.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, nəticədə 61 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.

Məlumata görə, toqquşmalar Yeni Akvitaniya bölgəsində baş verib. Orada səlahiyyətlilər sahələrin suvarılması üçün həcmi 650 min kubmetr olan nəhəng su ambarı tikmək qərarına gəliblər.

Bununla belə, yerli ekoloji fəallar ətraf mühitə ziyan vura biləcəyi üçün tikintiyə qarşı çıxıb və minlərlə insanın iştirak etdiyi nümayiş təşkil ediblər.


Etiketlər:  Fransada mitinqdə polisə Molotov kokteyli atdılar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ