Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Konsertin bileti bahalığına görə tarixə düşdü

Konsertin bileti bahalığına görə tarixə düşdü

Tarix: 31 Oktyabr 2022 20:30

Məşhur ulduz Adelin 5 ildən sonra verəcəyi konserti pərəstişkarları səbirsizliklə gözləyir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçının Las-Veqasda noyabrdan marta qədər keçirilməsi planlaşdırılan şousuna biletlər 85-685 dollar arasındadır. Bununla belə, dilerlər azarkeşlərdən daha fəal olublar. Onlar biletlərin hamısını alıblar. İndi isə onlar biletləri yeni və istədikləri qiymətə satmağa hazırlaşırlar. 

Onlar biletlərə 40 min dollar qiymət qoyublar. Ən yaxşı və məhdud sayda olan yerlər isə 44800 dollardır. Amerikanın məşhur piar şirkəti mediaya açıqlamasında bildirib ki, bu, yeni rekortdur. Las-Veqas tarixində hələ bu qiymətə bileti satılan müğənni olmayıb.

Son sıralar isə daha əlçatandır. Orada biletlərin qiyməti 685 dollara təklif edilib.

Milli.Az


Etiketlər:  Konsertin bileti bahalığına görə tarixə düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ