Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Restoranlarda canlı musiqiyə görə müştərilərdən niyə əlavə ödəniş tələb edilir? - VİDEO

Restoranlarda canlı musiqiyə görə müştərilərdən niyə əlavə ödəniş tələb edilir? - VİDEO

Tarix: 1 Noyabr 2022 17:42

Restoranlarda bəzi hallarda canlı musiqiyə görə müştərilərdən əlavə ödəniş tələb edilir. Maraqlısı odur ki, hərdən bununla bağlı nə menyuda, nə də xidmət personalı tərəfindən müştərilərə əvvəlcədən məlumat verilmir. Bəs belə halda müştəri nə etməlidir?

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, paytaxtda restoranların birində müştəridən hesabdan əlavə musiqi pulu tələb edilib. Üstəlik, bununla bağlı ona əvvəlcədən məlumat verilməyib. Elə bu səbəbdən müştəri həmin ödənişi etməkdən imtina edib və nəticədə restoran işlədənlərlə  mübahisə yaranıb.

Müsahibimiz Şamil Ağayev deyir ki, o, sonda musiqiyə görə tələb edilən məbləği ödəməyib.

Bu gün xüsusilə şəhərin mərkəzində, "Targovu" küçəsi kimi tanınan ərazidə bəzi restoranlar canlı musiqi təşkil edirlər. Restoran işlədən şəxslərin bəziləri buna görə ödəniş almadıqlarını bildirirlər.

Bəziləri isə tam əksini edir. Musiqiyə görə pul tələb etdiklərini deyirlər.

Marketoloq Mahir Zeynalov deyir ki, son dövrlər bu kimi halların sayı artıb. Yəni menyuda göstərilmədən musiqiyə görə əlavə pul tələb edən məkanlar çoxalır. O, belə halla qarşılaşan müştərilərin hansı addımı atmalı olduğunu açıqlayıb.

Mahir Zeynalovun sözlərinə görə, əgər restoran ödənişi almaqda israr edərsə, bu zaman müştəri aidiyyəti qurumlara müarciət etsin. Onların şikayətinə baxıldıqdan sonra, haqları təmin edilə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Restoranlarda canlı musiqiyə görə müştərilərdən niyə əlavə ödəniş tələb edilir VİDEO


RƏYLƏR