Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Düşmənə milyonlarla dollar ziyan vuran Elnur Pirməmmədov - VİDEO

Düşmənə milyonlarla dollar ziyan vuran Elnur Pirməmmədov - VİDEO

Tarix: 1 Noyabr 2022 19:12

İki il əvvəl, oktyabrın 31-i Vətən müharibəsinin 35-ci günü idi. Vətən müharibəsinin 35-ci günündə də silahlar susmadı. Azərbaycan Ordusu demək olar ki, hər gün tarixi torpaqlarını azad edirdi.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, həmin gün çavuş Elnur Pirməmmədov təkbaşına düşmənə milyonlarla dollar ziyan vurub, 100-ə yaxın şəxsi heyətini məhv edib.

Düşmənin tankları, döyüş maşınları və şəxsi heyəti onun silahından heç bir halda qaça bilməyib. O, şücaətilə Vətən müharibəsində ən çox texnika və hərbi obyekt vuran hərbçilərdən biri  kimi adını tarixə yazdırıb.

Elnur Pirməmmədovun fəaliyyəti  müdafiə xətti yarıldıqdan sonra xüsusi təyinatlılarla olub. O, "Dpayk" və "Kornet" idarəolunan raketləri ilə düşmən hədəflərini bir-bir  məhv edib.

Düşmənin həm zirehli texnikaları sıradan çıxarılıb, həm də şəxsi heyəti zərəsizləşdirilib. Onun öldürdüyü düşmən qüvvələrinin sayı isə 100-ə yaxın olsa da, döyüş yoldaşları bu rəqəmin daha çox olduğunu deyir.

Elnur Pirməmmədov  Qubadlının son döyüşünə qədər əməliyyatlarda iştirak edir. Bu müddət ərzində döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Ermənistan silhalı qüvvələrinin xeyli sayda canlı qüvvəsi və hərbi texnikaları digər bölmələr tərəfindən məhv edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Düşmənə milyonlarla dollar ziyan vuran Elnur Pirməmmədov VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ