Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2022 21:18
Türkiyənin hərbi dəniz donanmasının təqaüddə olan kontr-admiralı Cihat Yaycı Yunanıstanın Egey dənizinin qeyri-hərbi statuslu adalarını silahlandırmasından danışıb.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Yaycı Yunanıstanın Lozanna və Paris müqavilələrinə görə qeyri-hərbi statusda olmalı olan 23 adada yalnız təhlükəsizliyi təmin etmək üçün bir dəstə canlı qüvvə saxlaya biləcəyini deyib.
Bu müqavilələrin müvafiq müddəalarına görə, Yunanıstan adalardakı bu qüvvəni yalnız avtomat, tapança və qılıncla silahlandıra bilər.
"Bu qüvvə 100 nəfəri keçərsə, bir pulemyot verilə bilər. Bundan başqa, ən kiçik hərbi birlik və silah gətirilə, heç bir gəmi limana gedə bilməz. Eyni zamanda, hərbi təyyarələr adaların üzərindən keçə bilməz. Bu məsələ çox mühüm və aydındır", - admiral bildirib.
Yaycı yunan ordusunun 1919-1922-ci illərdə Qərbi Anadolunu işğal edərkən indiki kimi Midilli, Saqqız və Sisam adalarına hərbi qüvvə yığdığını söyləyib:
"İtalyanlar Aralıq dənizi bölgəsini işğal edərkən başda İstanköy, Rodos və Meys olmaqla, əvvəlcə bu adalara hərbi qüvvə yığdılar, hücuma da bu adalardan keçdilər. Bu, Atatürkün 1923-cü il Lozanna müqaviləsində xüsusilə vurğuladığı mövzudur. Türk milləti və Türkiyə bir daha belə bir işğala məruz qalmamalıdır. İndi bu adalar əlimizdən çıxıbsa, onda Türkiyənin bir daha belə təhlükə və risklə üzləşməməsi üçün bu adaların qeyri-hərbi statusda olması şərti qoyulacaq. Bu, müqavilənin müddəalarında çox açıq şəkildə göstərilib. Yunanıstanın bu gün etdiyi şey təkcə müqavilənin müddəalarını pozmaq deyil, həm də qeyri-hərbi statusu saxlanılmaqla suverenliyi ötürülmüş adaların silahlandırılması və hərbiləşdirilməsidir. Bu da adaların suverenliyinin ötürülməsi şərtini aradan qaldırır".
Admiral Egey dənizindəki 23 adanın statusunun pozulmasını fotoşəkillərlə təsbit etdiklərini deyib:
"Yunanıstan qanunu, müqaviləni və qaydanı tanımayan ekspansionist və revizionist dövlətdir. Yunanıstan altı dəfə türklərdən torpaq alaraq böyüyüb. Heç birində savaşaraq qalib gəlmədən və müharibəyə girmədən - masada götürüb".
Yaycı Yunanıstanın İkinci Dünya Müharibəsində "zərər" gördüyünü iddia edərək, italyanlara verilən adaların onlara verilməsini istədiyini" vurğulayıb:
"Lozannanın 16-cı maddəsində "Sözügedən Osmanlı torpaqlarının indiki və gələcək taleyini müvafiq dövlətlər müəyyənləşdirəcək" deyilir. 1947-ci ildə həmin adaların taleyi yenidən müəyyən olundu. Yəni Osmanlıdan italyanlara verilən o adalar masada Osmanlı İmperiyasının varisi Türkiyə olmadan alınaraq yunanlara verilib. Bu qanunsuzdur, əsl sahibinə qaytarılmalıdır. Bu adalar ya türklərə, ya da italyanlara qayıtmalıdır, amma heç vaxt yunanlara deyil.
İndi Yunanıstan Amerikanın hədiyyə etdiyi silahları Midilli, Saqqız və Sisam adalarına gətirib. Bir əsr əvvəl bu yerlərdən bizi işğal etməyə cəhd edən Yunanıstan yenə də Qərb dövlətlərinin təsiri ilə bu adalara hərbi qüvvə yığır. Türkiyə bu adalara heç güllə, top və bomba atıbmı? Yox! Əgər atmayıbsa, onda sən Lozanna və Paris müqavilələri qüvvədə olduğu müddətdə onların statusunu ləğv edə bilməzsən. Bu, qəbuledilməzdir".