Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2022 02:45
Müğənni Günel Ələkbərova şəxsi həyatı barədə danışıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Ümid ilə gəl" verilişində atasıyla münasibətdən bəhs edib. O, valideyninə halallıq vermədiyini bildirib:
"Atam ölüm ayağında olanda məni çağırdılar ki, gəl halallıq ver. Getmədim, heç vaxt da halallıq verməyəcəyəm. Axirətdə də inşallah Allah məni onunla qarşı-qarşıya qoyar, mən də hesabatımı istəyərəm. Çünki, mənim öz atam yanımda olsaydı, həyatın bəzi üzlərini görməzdim. Ögey ata əlində böyüməzdim. Anam ailə həyatı qurub, 2 yaşım olanda onlar ayrılıblar. Özü də elə-belə adam da deyil, tanınmış adamdır. Çoxları da tanıyır. Çətin vaxtlarımda, qapıma elçi gələndə yanımda olmayıbsa... Siz mənim yerimdə olsaydınız, verərdiniz? Heç vaxt da vermərəm".