Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu parka girənlərin koronavirus testi mənfi olmasa oradan çıxa bilmirlər - VİDEO

Bu parka girənlərin koronavirus testi mənfi olmasa oradan çıxa bilmirlər - VİDEO

Tarix: 2 Noyabr 2022 20:46

Şanxay Disneylendi şəhərdə on koronavirus infeksiyası yoluxma hadisəsi səbəbiylə minlərlə insanın parkı tərk etməsini qadağan edib.

Milli.Az bildirir ki, parkdan çəkilmiş videonu "Daily Mail" dərc edib.

Kadrlarda parka gələnlərin Disneylenddən çıxmağa çalışaraq darvazaya doğru qaçdıqları, lakin darvazanın bağlı olduğu görünüb. İnsanlara virusa mənfi test verənə qədər əyləncə kompleksinin ərazisində qalmaq əmri verilib.

Şanxay hökuməti bildirib ki, park ziyarətçilərin giriş-çıxışını qadağan edib. Səlahiyyətlilər vurğulayıblar ki, Disneylenddakı hər kəs parkı tərk etməzdən əvvəl test nəticələrini gözləməlidir. Hər gün parkı 60 minə yaxın ziyarətçi ziyarət edir.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Bu parka girənlərin koronavirus testi mənfi olmasa oradan çıxa bilmirlər VİDEO


RƏYLƏR