Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2022 08:30
"Rossiya 1" telekanalının efirində yayımlanan "Solovyovla axşam" tok-şousu zamanı ekspertlər Rusiya ilə Türkiyənin tərəfdaşlığı barədə fikir mübadiləsi aparıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, qonaqlardan biri - Rusiya Strateji Kommunikasiya Mərkəzinin direktoru Dmitri Abzalov Ankaranın Moskva üçün çox vacib tərəfdaş olduğunu bildirib.
"Ərdoğan bir çox məqamlarda NATO və ABŞ-ın planlarına qarşı çıxaraq ədalət tərəfində olur", - deyə o qeyd edib.
Bu zaman verlişin aparıcısı Vladimir Solovyov onun sözünü kəsərək deyib:
"Amma bizdə belə bir əminlik yoxdur ki, Ərdoğan 1 ildən sonra sağ-salamat olacaq. Ona qarşı artıq bir dəfə sui-qəsd təşkil olunub (15 İyul hadisələri nəzərdə tutulur - red.). Belə bir şey yenidən ola bilər. Bu, Amerikanın məkrli planıdır. Onu aradan götürmək üçün avtomobili partladıla və yaxud hər hansı bir qiyam maliyyələşdirilə bilər".