Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda polis bölməsinə silahlı hücum olub, yaralanan var

İranda polis bölməsinə silahlı hücum olub, yaralanan var

Tarix: 3 Noyabr 2022 08:52

İranın Sistan və Bəlucistan əyalətində Xaş polis bölməsinə silahlı hücum olunub.

"Peugeot 405" markalı avtomobildə olan naməlum şəxslər bir neçə saat əvvəl Xaş şəhərinin 16-cı polis bölməsinə atəş açıblar. Polis əməkdaşları hücum edən şəxslərə cavab atəşi açıb.

Sözügedən avtomobil hadisə yerindən yayınıb.

Atışma zamanı bir polis əməkdaşı yaralanıb.

Milli.Az


Etiketlər:  İranda polis bölməsinə silahlı hücum olub yaralanan var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ