Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Körpəsini pəncərədən atan anaya hökm oxundu

Körpəsini pəncərədən atan anaya hökm oxundu

Tarix: 3 Noyabr 2022 20:58

Milli.Az bildirir ki, Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin məlumatına görə, yeni doğulmuş oğlunu pəncərədən atan qadın 3,5 il cəza alıb.

"O, Rusiya Cinayət Məcəlləsinin 106-cı maddəsinin 30-cu maddəsinin 3-cü hissəsində ("yeni doğulmuş körpənin anası tərəfindən öldürməyə cəhd") nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib", - məlumatda deyilir.

Məhkəmədə təsdiqlənən ittiham tərəfinin sözlərinə görə, 2022-ci il fevralın 14-də Moskvanın Stavropolskaya küçəsində 31 yaşlı Zinaida Şaşkova sağlam oğlan uşağı dünyaya gətirib. O, uşağı plastik torbaya yerləşdirərək dördüncü mərtəbənin eyvanından atıb.

Körpənin olduğu bağlamanı yoldan keçən bir nəfər aşkar edib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən uşağın həyatı xilas edilib. Şaşkova tez tapılaraq həbs edilib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Körpəsini pəncərədən atan anaya hökm oxundu


RƏYLƏR