Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2019 13:24
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Azərbaycan Kooperasiya Universitetinin birgə təşkilatçılığı ilə Universitetin tələbə və məzunları üçün “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirilib.
Trend-in məlumatına görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev, təhsil müəssisəsinin müəllim və tələbələri iştirak edib.
Tədbirdə tələbə və məzunlara 55 müəssisədən, ümumilikdə 307 boş (vakant) iş yeri və 54 təcrübə proqramı təklif olunub.
Gənclər işəgötürənlərə şəxsi məlumatlarını (CV) təqdim ediblər. İşəgötürənlərə isə müvafiq ixtisaslar üçün kadr seçimini aparmaq imkanı yaradılıb. Həmçinin boş (vakant) iş yerlərinə göndərişlər verilib, təcrübə proqramlarına cəlb edilmək istəyənlərin qeydiyyatı aparılıb.
Dövlət Məşğulluq Xidmətinin nümayəndələri tərəfindən isə tələbə və məzunlara məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri, həmçinin özünüməşğulluq proqramı, peşə hazırlığı və əlavə təhsil kursları barədə məlumatlar verilib.
Tədbirdə ölkəmizdə gənclər arasında məşğulluq səviyyəsinin yüksəldilməsinin dövlətin məşğulluq siyasətinin mühüm tərkib hissəsi olduğu və bu istiqamətdə tədbirlərin ildən-ilə gücləndiyi vurğulanıb. “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbirləri də tələbə və məzunların əmək bazarına çıxışının dəstəklənməsinə, onların işəgötürənlərlə ilkin əlaqələrinin qurulmasına xidmət edir. Cari il ərzində 10 universitetdə belə tədbirlərin keçirilməsi planlaşdırılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin