Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadın ''göyün yeddinci qatında'' uşaq dünyaya gətirdi - O, hansı ölkənin vətəndaşı olacaq?..

Qadın ''göyün yeddinci qatında'' uşaq dünyaya gətirdi - O, hansı ölkənin vətəndaşı olacaq?..

Tarix: 4 Noyabr 2022 03:22

Təyyarənin sərnişinləri 10 min metr yüksəklikdə qadının doğuşunu qəbul edib...
"Bütün sərnişinlər və ekipaj üzvləri qadını təbrik edib, təyyarə Yerə eniş edəndə isə onu hava limanının əməkdaşları qarşılayıb..."

ABŞ-dan olan bir qadın Dominikan Respublikasına yollanıb və uçuş zamanı gözlənilmədən 10 min metr yüksəklikdə uşaq dünyaya gətirib.

Sonxeber.net moderator.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

21 yaşlı Kendriya Roden hamiləliyin 32-ci həftəsində olub və yaxın zamanlarda uşaq dünyaya gətirəcəyini gözləməyib. 

O, ailəsi ilə birgə səyahətə yollanıb və təyyarədə 26 yaşlı bacısı Kendalinin yanında əyləşib.

"Kendriya yolboyu yerində rahat əyləşə bilməyib və uzun müddət bunu büruzə verməyib, nəhayət, özündə nəsə baş verdiyini etiraf edib", - Kedali danışıb.

Uçuşdan 34 dəqiqədən sonra məlum olub ki, Kendriyada doğuş sancıları başlayıb.

Onun bacısı dərhal ekipaj üzvlərini çağırıb, onlar tibbi təhsili və ya xüsusi vərdişləri olan sərnişinlər axtarmağa başlayıb.

Nəticədə doğuşu qəbul etməyə hazır olan dörd nəfər qadının köməyinə gəlib.

Onu təyyarənin arxasına aparıb, orada 20 dəqiqədən sonra o, oğlan uşağı dünyaya gətirib. Oğlana Skaylen adı verilib.

Bütün sərnişinlər və ekipaj üzvləri Kendriyanı təbrik edib, təyyarə Yerə enəndən sonra isə onu hava limamının əməkdaşları qarşılayaraq xəstəxanaya aparılmasını təşkil edib.

Körpə dünyaya vaxtından əvvəl gəldiyinə görə, o, intensiv terapiya şöbəsində dörd gün keçirməli olub.

Ananın sözlərinə görə, oğlunun ABŞ-da doğulmadığına görə hansı vətəndaşlığı alacağı barədə narahat olub.

ABŞ səfirliyi dəqiqləşdirib ki, Skaylenın anası kimi Amerika vətəndaşlığı olacaq.


Etiketlər:  Qadın göyün yeddinci qatında uşaq dünyaya gətirdi hansı ölkənin vətəndaşı olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ