Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2022 09:50
"Rusiya ordusunda hərbi texnikanın təchizatı ilə bağlı ciddi problemlər var".
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələri oktyabrın ortalarından noyabrın əvvəlinə kimi hər gün 40-dan çox zirehli texnika itirib: "Rusiya son həftələrdə Belarus anbarlarından tank və zirehli texnikanın tədarükü ilə bağlı danışıqlar aparır".
Qeyd edək ki, daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın müvafiq texniki xidmətdən keçməməiş hərbi texnikanı anbarlardan çıxarıb döyüş meydanına gətirdiyi barədə məlumat yaymışdı.
Xatırladaq ki, bu yaxınlarda ABŞ müdafiə naziri Lloyd Ostin bildirmişdi ki, Ukrayna hərbçiləri səmərəli işlədikləri üçün Xersona bəzarəti bərpa edə bilərlər.