Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Damla ilə aparıcı arasında qalmaqal

Damla ilə aparıcı arasında qalmaqal

Tarix: 4 Noyabr 2022 13:20

Aparıcı Mətanət Əliverdiyevanın müğənni Damlanın geyim tərzini tənqid etməsinə qarşı tərəfdən cavab gəlib.

Milli.Az xəbər verir ki, olay mövzu ilə bağlı ifaçının özü ilə əlaqə saxlamağa çalışıb. Zəngimizə cavab verən sənətçinin prodüseri Şamil hazırda çəkiliş meydançasında olduqlarını və Mətanəti tanımadıqlarını bildirib:

"Azərbaycanda hamı stilistdir, bir bizdən başqa... Damla xanım fikir bildirməyəcək, desək heç adını da tanımayacaq. Çünki mən tanımıramsa, o da tanımayacaq. Adla tanımıram, görsəm, bəlkə də tanıyaram. Damla xanım kimə açıqlama verib ki, ona da versin? Qoy danışsınlar. Mətanət xanıma da salam deyin, hər kimdirsə". 

Xatırladaq ki, Əliverdiyeva Damlanın düzgün geyindirilmədiyini və gülünc göründüyünü qeyd etmişdi.

Milli.Az


Etiketlər:  Damla ilə aparıcı arasında qalmaqal


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ