Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaq ona hücum edən ilanı dişləyərək öldürüb

Uşaq ona hücum edən ilanı dişləyərək öldürüb

Tarix: 4 Noyabr 2022 14:58

Hindistanın Çhattisgarh əyalətinin Caşpur rayonunda bir uşaq ona hücum edən kobranı dişləyərək öldürüb.

Sonxeber.net bildirir ki, bu barədə "The Siasat Daily" məlumat yayıb.

8 yaşlı Dipak həyətində oynayan zaman zəhərli ilan ona hücum edib və onu dişləyib. Sürünən uşağın qoluna sarılıb. Ondan qurtula bilməyən uşaq kobranı iki dəfə dişləyib. Nəticədə ilan ölüb.

Uşaq təcili xəstəxanaya yerləşdirilib və ona antidot vurulub. Kobra zəhəri buraxmadığı üçün həkimlər gün ərzində Dipakın vəziyyətini müşahidə edərək onu evə buraxıblar. Quru dişləmə ölümcül olmasa da, çox ağrılıdır və dişləmə yerində şiddətli şişkinlik yarana bilər.

İrfan Vəliyev


Etiketlər:  Uşaq hücum edən ilanı dişləyərək öldürüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ