Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Basqalda yol çöküb, yük avtomobili torpağa batıb - VİDEO

Basqalda yol çöküb, yük avtomobili torpağa batıb - VİDEO

Tarix: 4 Noyabr 2022 16:38

İsmayıllı rayonunun Basqal qəsəbəsində içməli su və kanalizasiya sistemi yenidən qurulur. Layihə çərçivəsində görülən işlər nəticəsində qəsəbənin bəzi hissələrində yolda çökmələr, bəzi sakinlərə məxsus həyətlərin hasarında çatlar əmələ gəlib.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bəzi evlərdə çatlar əmələ gəlib, yollarda çökmələr müşahidə olunur. Yük avtomobili isə torpağa batıb. Nəqliyyat vasitəsi xüsusi texnika vasitəsilə batdığı yerdən çıxarılıb.

Qəsəbədə adıçəkilən layihəni icra edən şirkətin iş icraçısı Sabir Mustafayev bildirib ki, torpaq qatı yeni qazıldığından tam bərkiməyib. Qəsəbədə müşahidə edilən yağıntı müəyyən hissələrdə çökmələrə səbəb olub.

Məlumata görə, orta əsr şəhər mədəniyyətinin elementlərini özündə əks etdirən Basqal qəsəbəsində qədim içməli su təchizatı və kanalizasiya sistemləri mövcud olub. Qədim bulaqlar, kanalizasiya şəbəkəsi XIII əsrdən indiyədək istismar edilib. Son dövrlər turizm potensialının artması nəzərə alınaraq qəsəbənin memarlıq üslubu gözlənilməklə içməli və tullantı su sistemlərinin yenidən qurulmasına qərar verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Basqalda yol çöküb yük avtomobili torpağa batıb VİDEO


RƏYLƏR