Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2022 23:48
Rusiyanın ilhaq etdiyi Xerson vilayətində bir günlük komendant saatı elan edilib.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Xerson vilayət rəhbərinin müavini Kirill Stremousov deyib.
Bildirilib ki, Xersonda komendant saatı elan edilən zaman Rusiyanın ilhaq etdiyi Donetskdə Ukrayna Silahlı Qüvvələri tərəfindən hücumlar həyata keçirilib. Donetskdən verilən açıqlamada Ukraynanın hücumları zamanı Makiivka və Horlivka ilə yanaşı, Donetsk mərkəzinə də 26 top mərmisinin düşdüyü bildirilib. Bu hücumlar zamanı can və ya mal itkisinin olub-olmaması ilə bağlı hələlik heç bir açıqlama verilməyib.