Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Nalci'' qasırğası nəticəsində 155 nəfər ölüb, 129 nəfər yaralanıb

''Nalci'' qasırğası nəticəsində 155 nəfər ölüb, 129 nəfər yaralanıb

Tarix: 5 Noyabr 2022 09:16

Filippində "Nalci" tropik qasırğası 4 milyon 230 mindən çox insana təsir edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Milli Fəlakətlərin İdarə Edilməsi və Qarşısının Alınması Şurasının məlumatında qeyd olunub.

Qasırğa 155 nəfərin həyatına son qoyub.

Hazırda bir milyondan çox yerli sakin 1038 təxliyə mərkəzinə yerləşdirilib.

355 min 400-dən çox insan evlərini tərk edib.

Ən azı 129 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd olunub.

34 nəfərin taleyi barədə isə məlumat yoxdur.

Təbiət hadisəsinin vurduğu zərər 4,17 milyard peso (71,37 milyon dollar) olaraq qiymətləndirilir.

Səlahiyyətlilər 503 yola və 199 körpüyə ziyan vurduğunu bildirirlər.

359 şəhərdə elektrik enerjisi ilə bağlı problemlər qeydə alınıb, lakin 252-də onlar artıq həll olunub.

Hazırda 11 bələdiyyədə su təchizatında problemlər yaranıb.

Milli.Az


Etiketlər:  Nalci qasırğası nəticəsində nəfər ölüb nəfər yaralanıb


RƏYLƏR