Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“ABŞ daha iki il mövcud ola bilməyəcək” - Tramp

“ABŞ daha iki il mövcud ola bilməyəcək” - Tramp

Tarix: 6 Noyabr 2022 20:54

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Amerikanın daha iki il də mövcud ola biləcəyinə şübhə ilə yanaşdığını bildirib.

Tramp bunu Pensilvaniya ştatında Senatda namizədliyini irəli sürən "Dr.Oz Show"-un aparıcısı Mehmet Özə dəstək mitinqində çıxışı zamanı deyib:

"Bu ölkənin daha iki il yaşaya biləcəyini bilmirəm. ABŞ-a heç bir yerdə hörmət edilmir, ölkəmiz indiki qədər pis vəziyyətdə olmamışdı. Tarixdəki ən pis beş Amerika prezidentini götürsəniz, onlar dövlətin hazırkı lideri Co Baydenin ona vurduğu qədər xalqa ziyan vura bilməyəcəklər".

Xatırladaq ki, bir müddət əvvəl eks-prezident 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində iştirak etməyə hazır olduğunu deyib.

Milli.Az


Etiketlər:  ABŞ daha mövcud bilməyəcək Tramp


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ