Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qaz sobasının içinə baxın - Sayğacınız buna görə çox yazır

Qaz sobasının içinə baxın - Sayğacınız buna görə çox yazır

Tarix: 6 Noyabr 2022 22:38

Havaların soyuması özü ilə birgə evləri isitmək problemini də gətirir.  Paytaxtda, eləcə də, bölgələrdə əhalinin çoxu evini qaz sobaları ilə isitməyə çalışır.  Bununla belə, sobaların yandırılmasının ilk  həftəsindən etibarən insanlar müxtəlif  problemlərlə, hətta ölüm təhlükəsi ilə də üz-üzə qalırlar. Səbəb çox sadədir: bəzən qiymətinin ucuzluğuna görə, bəzən də, sadəcə, ən yaxındakı satış nöqtəsində olduğu üçün standart sobalar əvəzinə qeyri-standart sobaların seçilməsi...

"Azəriqaz" İB-dən şöbə rəisi İlkin Behbudov standart sobaların qeyri-standart sobalarla əvəzlənməsinin yaratdığı iki problemə diqqət çəkir: 1) təhlükəsizlik; 2) qaz sərfiyyatının artması;
 "Azəriqaz" İB-nin rəsmisinin sözlərinə görə, bu sertifikatları sobaların satıldığı yerdən əldə etmək mümkündür. Başqa sözlə, vətəndaş istənilən avadanlığı alarkən onun pasportunun olub-olmadığına diqqət etməli, yoxdursa, ya satıcıdan pasportu tələb etməli, ya da avadanlığı almaqdan çəkinməlidir. Amma iş təkcə pasportla bitmir.  
 Vətəndaşın pasportlu, uyğun sertifikatlı avadanlıq alması da hələ  özünün və evinin təhlükədən sığortalanması  demək deyil.
 Tüstü bacaları  isidilmə prosesinin son nöqtəsi sayılsa da, mövcudluğu təhükəsizliyin təminatıdır. Təəssüf ki,  hələ də, istər Bakı ətrafında, istərsə də bölgələrdə kustar üsulla qurulmuş tüstü bacalarına rast gəlinir. Bu da insanların öz həyatlarına qarşı məsuliyyətsiz yanaşmasının, həmçinin, ehtiyatsızlığının göstəricisidir. "Azəriqaz" İB-dən şöbə rəisi İlkin Behbudov tüstü bacası olmayan evlərdə sobaların quraşdırılmamasını tövsiyə edir.  Həmçinin, o, sobaların yataq otaqlarında, yaxud qonaq otaqlarında quraşdırılmasından da danışıb.
 İnsan sağlamlığı üçün təhlükə də, məhz burda başlayır. Tüstü bacaları divarın içiylə çıxmalı və damın yalından, ən azı, 0,5 metr hündür olmalıdır. Və onun olması, quraşıdırılması ev tikilən zaman nəzərə alınmalıdır. Normal tüstü bacasının olmaması, kustar üsulla pəncərədən və ya divardan çıxarılan dırnaqarası "tüstü bacaları" isə dəm qazının yaranmasına da səbəb olur ki, "Azəriqaz" İB-nin rəsmisi bunu belə izah edir:
 Vətəndaşların təhlükədən qaçması üçün hər il -havalar soyumağa başlayan zaman "Azəriqaz" İB xəbərdarlıq edir ki, tüstü bacaları olmayan otaqlarda qaz sobaları quraşdırılmasın. Bu yerdə alınan istilik cihazının uyğun sertifikatının, yaxud avtomatikasının olması da önəm daşımır.

Vətəndaşın pasportlu, uyğun sertifikatlı avadanlıq alması da hələ  özünün və evinin təhlükədən sığortalanması  demək deyil.
 Mütəxəssisinə, ustasına müraciət etmədən quraşdırılan pasportlu, uyğun sertifikatı olan sobaların, qeyri-standart sobaların və olmayan tüstü bacalarının yaratdığı fəsadlardan yaxa qurtarmağın ən yaxşı yolu edilən xəbərdarlıqları nəzərə almaq, tövsiyələri dinləmək və həyata məsuliyyətli yanaşmaqdır.

Milli.Az


Etiketlər:  Qaz sobasının içinə baxın Sayğacınız buna görə çox yazır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ