Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yunan kəşfiyyatı nazirləri gizlicə dinləyirmiş...

Yunan kəşfiyyatı nazirləri gizlicə dinləyirmiş...

Tarix: 6 Noyabr 2022 23:04

Yunanıstanın baş naziri Kiriakos Miçotakis ölkənin kəşfiyyat orqanlarından potensial siyasi rəqiblər, nazirlər, jurnalistlər və iş adamları da daxil olmaqla onlarla insanları qanunsuz dinləmək üçün istifadə edib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Dokumento" məlumat yayıb.

Qeyd olunub, "Miçotakis siyahısı"nda milli təhlükəsizlik bəhanəsi ilə dinlənilən 33 nəfərin adı var.

Keçmiş baş nazir Antonis Samaras, Nazirlər Kabinetinin hazırkı üzvləri və bir çox başqa siyasətçilər, jurnalistlər və nüfuzlu şəxsiyyətlər üçün müşahidə aparıldığı qeyd edilir.

"Heç kim inanmayacaq ki, bəzi şəxslər dövlətin təhlükəsizliyi ilə bağlı bütün anlayışları pozaraq, keçmiş baş naziri, hökumət nazirlərini və mülki müdafiə nazirini dinləmək qərarına gəliblər"- məqalədə vurğulanıb.

Nəşrin müəllifləri dinləmələrin "Predator" zərərli proqramı vasitəsilə aparıldığını da bildiriblər.


Etiketlər:  Yunan kəşfiyyatı nazirləri gizlicə dinləyirmiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ