Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Samur-Bakı yolunda avtomobil saxlanıldı, içərisində aksizsiz siqaretlər aşkarlandı

Samur-Bakı yolunda avtomobil saxlanıldı, içərisində aksizsiz siqaretlər aşkarlandı

Tarix: 4 Oktyabr 2019 17:51

Bakı. Trend:

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, "Mercedes Benz V220 CDİ" markalı avtomobil Samur-Bakı yolunun 25-ci kilometrliyində gömrük əməkdaşları tərəfindən saxlanılıb və avtomobilə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsində sərnişin olan Azərbaycan Respublikası vətəndaşına məxsus polietilen paketlərin içərisindən aksiz markası ilə markalanmayan 4500 ədəd "Marlboro" və 6400 ədəd "Parliament Heets" markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Samur Bakı yolunda avtomobil saxlanıldı içərisində aksizsiz siqaretlər aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ