Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2022 23:26
Məşhur aktrisa Monika Belluççi "Style Magazine" jurnalının üz qabığına çıxan ilk qadın olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, şəkillər jurnalın rəsmi instaqram səhifəsində yerləşdirilib. 58 yaşlı Monika Belluççi "Style Magazine" üçün "Dolce & Gabbana"nın geyimlərində poza verib. Fotoların müəllifi Laurent Humbertdir, aktrisanın stili üzərində isə Sesilie Martin çalışıb.
"Mən xəyallarımın nəticəsiyəm" deyə, üz qabığında qeyd edilib.
Müsahibədə Belluççi ilk növbədə, karyerası ilə deyil, ailəsi ilə bağlı olan gələcək planlarından danışıb:
"İşə getmək və ya qızlarımla qalmaq arasında seçim etməli olsam, qızlarımı seçəcəyəm".