Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2022 14:00
Müğənni Xatun mərhum həmkarı Rəhim Rəhimli haqda paylaşımı ilə diqqət çəkib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, o, "Instagram" hesabında ifaçının məzarından foto paylaşaraq bu sözləri yazıb:
"Sənin də vaxtsız gedişin məni çox yandırdı. 40 gün də belə keçdi, eh həyat... Amansız əcəl heç kəsin gözünün yaşına baxmır. Allah sənə rəhmət eləsin. Yerin cənnət, ruhun şad olsun, sənətkar".
Qeyd edək ki, bu ilin sentyabrında Rəhim Rəhimli 46 yaşında yaşadığı mənzildə kəskin ağciyər və ürək çatışmazlığından vəfat edib.