Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sovet əsgərlərinin kütləvi qalıqları tapıldı

Sovet əsgərlərinin kütləvi qalıqları tapıldı

Tarix: 7 Noyabr 2022 20:24

Varşavada dəmir yolu viyadükünün tikintisi sahəsindən azı 114 sovet əsgərinin qalıqları tapılıb. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, insan qalıqlarına fəhlələr rast gəlib. Buna görə hazırda tikinti işləri dayandırılıb.

Tapıntıdan sonra Polşanın Milli Avtomobil Yolları və Avtomobil Yolları Baş İdarəsi tapıntı ilə bağlı məlumatı hüquq-mühafizə orqanlarına və prokurorluğa məlumat veriblər.

Polşanın Milli Xatirə İnstitutunun məlumatına görə, eksqumasiyadan sonra qalıqlar tabutlara qoyulacaq. Sonra sovet əsgərlərinin qəbiristanlığının yerləşdiyi Białobrzegi qəbiristanlığında basdırılacaq.

Milli.Az


Etiketlər:  Sovet əsgərlərinin kütləvi qalıqları tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ