Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2022 23:06
Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak ilk beynəlxalq çıxışını edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, o, Misirdə keçirilən COP27 iqlim sammitində iştirak edib. Baş nazir, Böyük Britaniyanın 11,6 milyard funt-sterlinq iqlim fondu ayıracağını təsdiqləyib.
Baş nazir kimi ilk beynəlxalq çıxışında Rişi Sunak Ukrayna müharibəsinin iqlimlə bağlı daha sürətli hərəkət etmək üçün əsas olduğunu söyləyib. O, müharibənin bərpaolunan enerji mənbələrinə sərmayə qoymağın əhəmiyyətini göstərdiyini deyib və bunun Böyük Britaniyanın enerji təchizatını diversifikasiya etməsi eçün fürsət olduğunu söyləyib.