Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2022 05:25
"Ağlıma gəlməzdi nə vaxtsa meyxanaçı olacağam. Nəsildə meyxanaya həvəs olmayıb. Şəfiqə Axundova gəlmişdi, atamın öyrətdiyi mahnını oxudum. Soruşdu ki, kim olmaq istəyirsən? Cavab verdim ki, aktyor. Dedi, hazırlaş gəl, qəbul edəcəyəm. Hazırlaşdım, gedim və qəbul oldum. Tələbə yoldaşlarım Azər Axşam, Rafael İsgəndərov, Coşqun Rəhimov idi. Baş rollar mənə verilirdi. Baxmayaraq ki, Rafael Coşqun kimi tanınmadım, "Əməkdar artist" olmadım".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov "Söhbət musiqidən gedir" proqramında deyib. Sənətə gəlməsindən danışan ifaçı "Bu şəhərdə"nin aktyorları, Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimovla eyni fakültədə təhsil aldığını söyləyib.
Aktyorluqdan uzaqlaşmasından danışan Vüqar bunun səbəbini açıqlayıb:
"1994-cü ildə qəza keçirtdim və düşündüm ki, aktyor yox, meyxanaçı kimi davam edim".