Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Namiq ilk dəfə xanımı ilə FOTOsunu paylaşdı

Namiq ilk dəfə xanımı ilə FOTOsunu paylaşdı

Tarix: 12 Oktyabr 2025 21:35

Meyxanaçı Namiq Qaraçuxurlu ilk dəfə həyat yoldaşı ilə birgə fotosunu izləyiciləri ilə bölüşüb.

Sonxeber.net xəbər verir ki, sənətçi toy günlərində çəkilmiş şəkli instaqram hesabında paylaşıb.

"12 oktyabr mənim üçün özəl gündür. İllər öncə bu gün yüzlərlə insan məni qucaqlayıb, "Toyun mübarək, xoşbəxt ol!" demişdi. İllər keçdikcə, nə qədər doğru bir addım atdığımın fərqinə varıram. Bu illər ərzində çox sınaqlardan keçdik, bir çox çətinliklərə sinə gəldik. Bu ocağın sönməsi üçün günahdan qorxmayan mərdimazarlar əllərindən gələni etdilər. Belə məqamlarda isə əksinə, bir az da möhkəmləndik. İnsanın öz qismətini tapması bu fani dünyada verilən ən dəyərli hədiyyədir. Hədiyyən üçün təşəkkürlər, səxavətli Allahım".

Qeyd edək ki, onun bu nikahdan Sara adlı bir qızı var.


Etiketlər:  Namiq dəfə xanımı ilə FOTOsunu paylaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ