Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2022 11:51
Azərbaycan Respublikasının Pakistandakı səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Müslim İnstitutu ilə birgə Pakistanda Azərbaycanın Zəfər Gününə həsr olunan fləşmoblar keçirib.
Bu barədə Sonxeber.net-a Azərbaycanın Pakistandakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, fləşmoblarda "Qarabağ Azərbaycandır", "Azərbaycanın Zəfər Günü" şuarları, həmçinin Azərbaycan - Pakistan - Türkiyə bayraqları, eləcə də Qarabağın simvolu olan xarı bülbül çiçəyi əks olunub.
Fləşmoblarda 800-dən artıq pakistanlı iştirak edib.