Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sudan istifadənin elektron bazası yaradılacaq - VİDEO

Sudan istifadənin elektron bazası yaradılacaq - VİDEO

Tarix: 8 Noyabr 2022 15:32

Sudan istifadənin elektron bazası yaradılacaq. Belə olan halda su itkisi də xeyli azalacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnsitutunun şöbə müdiri coğrafiya üzrə fəlsəfə doktotu Mirnuh İsmayılov  "Xəzər - Xəbər"ə açıqlamasında çaylardakı sululuğun azalma səbəbini açıqlayıb. Mütəxəssisin sözlərinə görə, Azərbaycanda suyun düzgün idarə olunmaması qıtlığın yaranmasının əsas səbəblərindən biridir.

Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov isə deyib ki,  2020 -2022-ci illər üzrə "Su ehtiyatlarından səmərəli istifadə ilə bağlı"tədbirlər planında nəzərdə tutulan əsas məqamlardan biri də məhz su ehtiyatları ilə bağlı idarəetmənin təkmilləşdirilməsidir. Bununla bağlı artıq elektron su təsərrüfatı informasiya sistemi yaradılıb.

Nazirlik rəsmisinin sözlərinə görə, sistem çoxmodulludur. Əsas su təsərrüfatı balansınının yaradılması, elekto su xəritəsi, su ehtiyatları barədə məlumat sistemi, su anbarları, su kanalları, kollektorlar məlumat sistemi kimi bir çox modular bu sistemə daxildir.

Milli.Az Xəzər TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Sudan istifadənin elektron bazası yaradılacaq VİDEO


RƏYLƏR