Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2022 22:36
Ağdamda 8 noyabr - Zəfər Günü münasibəti ilə atəşfəşanlıq təşkil edilib.
Sonxeber.net vizim.media-ya istinadən bildirir ki, Quzanlı qəsəbəsi Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan atəşfəşanlığa qazilər və müharibə iştirakçıları da tamaşa edib.
Daha sonra rayon rəhbəri Vaqif Həsənov qazilərlə görüşüb, onları bir daha Zəfər Günü münasibətilə təbrik edib.
Cəlilabad rayonundan tədbirə qatılan qazi Polkovnik-leytenant Kamil Duniyev müharibə günlərində Ağdam sakinlərinin orduya göstərdikləri maddi və mənəvi dəstəklərdən danışaraq özü və döyüş yoldaşları adından hər kəsin bayramını təbrik edib.