Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2022 18:55
"Rəşad Dağlının qətl törətməsi ilə bağlı hadisəni elə mən də yeni eşitmişəm. Həqiqətən də, bu xəbərə çox pis oldum".
Sonxeber.net xəbər verir ki, bu fikirləri demokrat.az-a açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov deyib.
O, Rəşad Dağlını çox yaxşı tanıdığını bildirib:
"Rəşad bizim hər zaman yanımızda olub. Onu çox yaxşı tanıyıram. O, həmişə səbrli insan olub. Yerini bilən, sözünü bilən, danışığını bilən olub. Həqiqətən də, çox qabiliyyətli, qanacaqlı bir insan olub. Mən özüm də şokdayam. Onu hər zaman səbrli görmüşəm. Niyə belə hadisə yaşandığını heç özüm də bilmirəm. Yaxşısını Allah bilir. Bu, çox pis xəbər oldu. Deməyə söz tapmıram. Allah ona kömək olsun. Ölənə də Allah rəhmət etsin".