Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2019 22:44
21 yaşadək futbolçulardan ibarət Fransa millisinin Avro-2021-in seçmə mərhələsinin Azərbaycan və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıb.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, baş məşqçi Silven Ripol 22 futbolçuya dəvət göndərib:
Qapıçılar: Dimitri Berto ("Monpelye"), Alban Lafont ("Nant"), Qaetan Pussin ("Bordo")
Müdafiəçilər: Sofian Alakou ("Nim"), Kelvin Amian Adu ("Tuluza"), Rayan Ayt Nuri ("Anje"), Nikolas Kozza ("Monpelye"), Bubakar Kamara ("Marsel"), Dayot Upamekano ("Leyptsiq", Almaniya), Dan-Aksel Zaqatou ("Borussiya" Dortmund, Almaniya);
Yarımmüdafiəçilər: Hussam Aouar ("Lion"), Jan Riçner Belleqard ("Strasburq"), Matteo Qunduzi ("Arsenal"), İmran Louza ("Nant"), Jan Viktor Makenqo ("Tuluza"), Ceff Reyn-Adelaide ("Lion"), Bubakare Sumari ("Lill")
Hücumçular: Mussa Diabi ("Bayer"), Odson Eduard ("Seltik"), Amine Qouiri ("Lion"), Brayan Mbeumo ("Brentford"), Arno Nordin ("Sent-Etyenn")
Qeyd edək ki, Fransa Avro-2021-in seçmə mərhələsinin ayın 10-da Azərbaycan, 15-də Slovakiyaya qarşı səfərdə oynayacaq.