Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2022 22:24
Xalq artisti Brilliant Dadaşova "Bakı Taksi Xidməti"nin yeni nəsil avtomobillərini məsxərəyə qoyub.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, sənətçi hava limanında qırmızı rəngdə olan taksilərin videosunu çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Dadaşova "Biraz gülək, ürəyimiz açılsın" başlığı altında yayımladığı görüntülərdə fikirlərini bu cür ifadə edib:
"Bu taksilər xoşuma gəldi. "Badımcan" adlı taksilərdən qutardıq keçdik "Pomidor" adlı taksilərə. Amma bunlar gəşəngdirlər (gülür)".
Qeyd edək ki, 2012-ci ildə "Bakı Taksi Xidməti" ölkəyə tünd bənövşəyi rəngli "London taksi"lərini (əhali arasında "badımcan taksi" deyilirdi - red.) gətirib. İllər sonra bu nəqliyyat vasitələri daha müasir, qırmızı rəngli taksilərlə əvəz olunub. Onlar isə rənginə görə əhali arasında "pomidor taksi" kimi adlandırılıb.