Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Psixoloqların əlyandıran qiymətləri - Azərbaycanın ən bahalısı kimdir?

Psixoloqların əlyandıran qiymətləri - Azərbaycanın ən bahalısı kimdir?

Tarix: 11 Noyabr 2022 02:46

Son illər psixoloqa üz tutanların sayı kəskin artıb. Bəlkə də elə buna görə paytaxtımızda və digər mərkəzi şəhərlərdə hər addımbaşı psixoloq kabinetlərinə, psixoloji xidmət mərkəzlərinə rast gəlirik.

Bu məsələnin pis tərəfi isə odur ki, özünə "psixoloq" deyənlərin də sayı durmadan artır. Bu tendensiya da istər-istəməz belə bir fikir formalaşdırır ki, bu sahə kimlər üçünsə daha çox biznes şəbəkəsidir.

Azərbaycandakı psixoloqların qəbul qiymətləri də bunu sübut edir. Məsələn, psixoloji yardımların qiyməti 40-50 manatdan başlayır, 300-400 manatda bitir. Bəziləri bir seans üçün 80-100 manat alır. Hətta bir seansa 400 manat alan psixoloqlar da var.
Milli.Az bizim media-ya istinadən xəbər verir ki, oxucu marağını nəzərə alıb tanınmış bir sıra psixoloqların qəbul qiymətlərini öyrənib.

Həmin qiymətlərlə tanış olun:

1. Samirə Bağırova. Onun 1 seansının qiyməti 100 manatdır.

2. Narınc Rüstəmova. Onun 1 seansı 80 manatdır.

3. Vəfa Əkbər. Onun 1 seansı 50 manatdır.

4. Elnur Rüstəmov. Onun 1 seansı 50 manatdır.

5. Gülnarə Muxtarova. Onun 1 seansı 40 manatdır.

6. Elmir Əkbər. Onun qəbulunun 45 dəqiqəsi 70 AZN-dir.

7. Gülnar Orucova. Onun bir saatlıq seansının qiyməti 45 manatdır.

8. Gülnarə Murtuzova. Onun bir seansı 40 manatdır.

Göründüyü kimi qiymətlər heç də hamı üçün əl çatan deyil. Nəzərə alaq ki, psixoloji yardım almaq istəyən şəxs ən azı 4-5 seansa gəlməlidir.
Bu minvalla həmin şəxs ən azı 200 manatından keçməlidir. "Bərk gedən" psixoloqdan yardım almaq istəyənlərsə ən azı 500 manat hazırlamalıdır. 

Milli.Az


Etiketlər:  Psixoloqların əlyandıran qiymətləri Azərbaycanın ən bahalısı kimdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ