Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kartof biznesi adı ilə 900 min manatlıq dələduzluq

Kartof biznesi adı ilə 900 min manatlıq dələduzluq

Tarix: 11 Noyabr 2022 11:58

İki nəfərə qarşı 912 min manat ziyan vuran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, bu ilin may-sentyabr aylarında xaricdən kartof gətirəcəyi adı ilə Cəlilabad sakini Ceyhun Zeyanlov həmyerlisindən 265.000 manat, Gədəbəy rayon sakini olan bir nəfərdən isə 647.000 manat pul alıb. Daha sonra pulları mənimsəyərək dələduzluq edib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb. C.Zeynalov şübhəli şəxs kimi tutulub.

Milli.Az


Etiketlər:  Kartof biznesi adı ilə 900 min manatlıq dələduzluq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ