Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yod kəskin bahalaşıb - VİDEO

Yod kəskin bahalaşıb - VİDEO

Tarix: 11 Noyabr 2022 16:32

Yodun qiyməti kəskin bahalaşıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki,bir vaxlar apteklərdə asanlıqla tapılan yodu indi əldə etmək müşkülə çevrilib. Tapanda isə qiyməti əvvəlkindən 3 dəfə baha olur. Baxmayaraq ki, nə qablaşdırması, nə çəkisi, nə də tərkibi dəyişib.

Apteklərdə apardığımız müşahidələr də faktı təsdiqlədi. Əcazçılar həm qiymətin artmasını, həm də satışa az sayda gəldiyini bildirdilər.

Vətəndaşlar arasında keçirdiyimiz sorğudan da məlum oldu ki, onları bu qiymət artımı qane etmir.

Qeyd edək ki, Tarif Şurasının 26 oktyabrda keçirilən iclasında yeni dövlət qeydiyyatına alınan 76 dərman vasitəsinin qiyməti təsdiq edilib. Həmin siyahıda yod da əlavə olunub. Bu siyahıda bir neçə ölkə istehsalı olan yod var. Ancaq hazırda apteklərdə satışda olan əsasən Rusiyanın Yaroslav əczaçılıq fabrikinin 5 faizli, 10 ml olan məhsuludur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətrasflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  kəskin bahalaşıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ