Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

NASA təsdiqlədi: 1986-cı ildə partlayan “Challenger”in qalıqları tapıldı

NASA təsdiqlədi: 1986-cı ildə partlayan “Challenger”in qalıqları tapıldı

Tarix: 11 Noyabr 2022 18:58

Kəşfiyyatçılar İkinci Dünya müharibəsi zamanı dənizdə itmiş artefaktları axtarmaq üçün Atlantik okeanı gəzərkən 1986-cı ildə havaya qalxdıqdan qısa müddət sonra partlayan "Challenger" kosmik gəmisinin qalıqlarına rast gəliblər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "History Channel" və NASA bildiriblər ki, "Challenger"in fraqmenti Floridanın şərq sahillərində "Bermud üçbucağı" barədə sənədli yeni serialın çəkilişləri zamanı aşkar edilib. Serialın bu ay "History" kanalında premyerası olacaq.

"Challenger" 28 yanvar 1986-cı ildə buraxıldıqdan sonra parçalanıb və nəticədə kosmosda ilk mülki şəxs olacaq müəllim də daxil olmaqla, göyərtədəki yeddi ekipaj üzvünün hamısı həlak olub.

Televiziya tamaşaçıları, xüsusən də ABŞ məktəblərində oxuyan şagirdlər həmin səhər partlayışın canlı yayımını dəhşət içində izləyiblər.


Etiketlər:  NASA təsdiqlədi 1986 ildə partlayan Challengerin qalıqları tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ