Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Taliban” əfqan qadınlardan üzr istədi

“Taliban” əfqan qadınlardan üzr istədi

Tarix: 11 Noyabr 2022 19:34

Əfqanıstanda siyasi hakimiyyətdə olan "Taliban" hərəkatının nümayəndəsi ölkədə qadınların əyləncə parklarına getmələrinə qadağanın tətbiq edildiyini təsdiqləyib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanda yaradılan Yaxşılıqlara təşviq etmə və qadağalardan çəkindirmə nazirliyinin başçısı Məhəmməd Sadiq Akif deyib.

O vurğulayıb ki, hakimiyyətdə olduqları 15 ay ərzində rəhbərlik etdiyi qurum zərif cinsin nümayəndələri üçün uyğun islami mühit yarada bilməyib:

"Ona görə də hazırda əyləncə parkları xanımların üzünə qapadılıb. Bu qadağa müvəqqətidir, əyləncə parklarında tələb edilən islami mühit təmin olunan kimi qadağalar aradan qalxacaq".


Etiketlər:  Taliban əfqan qadınlardan üzr istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ