Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ötən sutka 18 yanğına çıxış olub, 9 nəfər xilas edilib - VİDEO

Ötən sutka 18 yanğına çıxış olub, 9 nəfər xilas edilib - VİDEO

Tarix: 11 Noyabr 2022 20:56

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən Milli.Az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 18 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 9 nəfər xilas edilib, yanğın zamanı 9-u uşaq və 9-u yaşlı olmaqla ümumilikdə 28 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Milli.Az


Etiketlər:  Ötən sutka 18 yanğına çıxış olub 9 nəfər xilas edilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ