Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2022 08:54
İlham Əliyev Şuşadakı çıxışı zamanı qeyd etdi ki, 2025-ci ildə Qarabağda müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlılar regionu tərk edəcək. Ermənistan tərəfi əlbəttə ki, "bu, sadəcə populizmdir" deyib bu məsələni bağlamaq istəyərdi. Lakin tarix bizə sübut edib ki, Əliyev dediklərini edən liderdir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu fikirlərlə erməni siyasi analitik Qalust Qriqoryan çıxış edib.
"Yadınıza çox da uzaqda olmayan bir tarixi salın. Qəbələ RLS Rusiya üçün Cənubi Qafqazda çox vacib bir strateji obyekt idi. Əliyev onu da Azərbaycandan çıxara bilmişdi. İndi o, açıq-aydın Rusiyaya da mesaj verdi - az qalıb, 2025-ci ildə sülhməramlılar regiondan çıxarılacaq", - deyə o qeyd edib.