Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2019 11:32
“Formula 1” üzrə 2020-ci il mövsümünün təqvimi təsdiqlənib.
Qol.az xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyasının avtomobil idmanı üzrə şurasının Almaniyanın Köln şəhərində baş tutan iclasında yekun qərar qəbul olunub.
Azərbaycan Qran Prisi 5 - 7 iyunda keçiriləcək. Bu, paytaxtda reallaşacaq 5-ci “Formula 1” yarışı olacaq. İlk Qran Pri martın 15-də Avstraliyanın Melburn şəhərində, sonuncusu isə noyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil ediləcək.
Təqvimdən Almaniya mərhələsi çıxarılıb və yerinə Vyetnamla Hollandiya daxil edilib.
İlk test sürüşləri 19 – 21, ikincisi isə 26 – 28 fevralda İspaniyanın Barselona şəhərində keçiriləcək.
2020-ci il mövsümünün təqvimi:
15 mart - Avstraliya
22 mart - Bəhreyn
5 aprel - Vyetnam
19 aprel - Çin
3 may - Hollandiya
10 may - İspaniya
24 may - Monako
7 iyun - Azərbaycan
14 iyun - Kanada
28 iyun - Fransa
5 iyul - Avstriya
19 iyul - Böyük Britaniya
2 avqust - Macarıstan
30 avqust - Belçika
6 sentyabr - İtaliya
20 sentyabr - Sinqapur
27 sentyabr - Rusiya
11 oktyabr - Yaponiya
25 oktyabr - ABŞ
1 noyabr - Meksika
15 noyabr - Braziliya
29 noyabr - Abu-Dabi
Qeyd edək ki, 2019-cu il mövsümündə Bakıdakı yarış 26 - 28 apreldə keçirilib və Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas birinci yeri tutub.