Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şagird sinif yoldaşını öldürdü - ABSURD SƏBƏB

Şagird sinif yoldaşını öldürdü - ABSURD SƏBƏB

Tarix: 12 Noyabr 2022 17:24

Rusiyada, Stavropol diyarında məktəbdə 15 yaşlı şagird təsadüfən sinif yoldaşını öldürüb.

Milli.Az bildirir ki, bu barədə REN TV məlumat yayıb.

"112" Telegram kanalı xəbər verir ki, hadisə Barsukovskaya kəndindəki təhsil müəssisəsində baş verib. Tənəffüs zamanı dəhlizdə məktəblilər arasında münaqişə yaranıb. Doqquzuncu sinif şagirdi sinif yoldaşının pencəyini təbaşirlə ləkələdiyinə görə hiddətlənib və onu sinəsindən təpiklə vurub. Uşaq yıxılıb, huşunu itirib və ölüb.

Təcili yardım maşını gəlib və yeniyetmənin öldüyünü bildirib. Cinayəti törədən şəxs həbs edilib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Şagird sinif yoldaşını öldürdü ABSURD SƏBƏB


RƏYLƏR