Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təcili yardım maşınının sürücüsü çağırışa gələrək ölmüş oğlunu tapıb

Təcili yardım maşınının sürücüsü çağırışa gələrək ölmüş oğlunu tapıb

Tarix: 12 Noyabr 2022 18:34

Malayziyada 49 yaşlı təcili yardım sürücüsü Mohd Takva İsmayıl qəza keçirən oğlunun çağırışına gəlib.

Milli.Az bildirir ki, bu barədə "New Straits Times" məlumat yayıb.

İsmayıl zərərçəkmişi xəstəxanaya çatdırmalı olub. Kişinin sözlərinə görə, hadisə yerinə gələndə onda narahatlıq hissi yaranıb. Maşından düşəndən sonra 21 yaşlı oğlu Məhəmməd Aymanın motosikletini tapıb.

Ayman avtomobili ötmək istəyərkən qarşıdan gələn yük maşını ilə toqquşub. O, başından ağır xəsarətlər alıb və hadisə yerində ölüb. "Təcili yardım maşını sürücüsü kimi işlədiyim 21 il ərzində ilk dəfədir ki, ailə üzvlərimdən birinin xəsarət alması ilə qarşılaşıram. O an necə kədərləndiyimi ancaq Allah bilir", - İsmayıl deyib.

O, oğlunun sakit və rahat insan olduğunu, lakin hər zaman insanların diqqətini çəkdiyini, istənilən mühitə asanlıqla uyğunlaşdığını bildirib. Polis qəzanın təfərrüatlarını araşdırır. Yük maşınının sürücüsü xəsarət almayıb.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Təcili yardım maşınının sürücüsü çağırışa gələrək ölmüş oğlunu tapıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ