Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Burun çəpəri əyriliyinin yaratdığı FƏSADLAR

Burun çəpəri əyriliyinin yaratdığı FƏSADLAR

Tarix: 12 Noyabr 2022 19:33

Burun çəpərinin əyriliyi ilə əlaqədar olaraq bəzən orqanizmdə müəyyən narahatlıqlar hiss olunur. Həmin halla üzləşənlər dərhal əməliyyat olunmağa qərar verirlər.

Sonxeber.net AZƏRTAC-a istinadla xəbər verir ki, bununla əlaqədar həkim-otolorinqoloq Nigar Muradova deyib: "Burun çəpəri əyriliyinə Qafqazda yaşayan xalqların nümayəndələri arasında daha çox rast gəlinir.

Burun çəpəri əyriliyi ciddi şikayətlərə səbəb olursa, məsələn, gecələr xoruldama, ağzı açıq yatmaq, aknoye, yəni yuxuda tənəffüsün dayanması kimi problemlər yaradırsa, bundan başqa xəstə özünü davamlı olaraq yorğun, əzgin hiss edirsə, artıq bu, həyat keyfiyyətinin ciddi şəkildə pozulması deməkdir.

Belə hallarda həmin problemin aradan qaldırılması məsləhət görülür. Lakin hər burun çəpəri əyriliyi də əməliyyat tələb etmir".


Etiketlər:  Burun çəpəri əyriliyinin yaratdığı FƏSADLAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ