Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2022 20:22
Ukrayna ordusu qüvvələrini Zaporojye istiqamətində cəmləşdirir.
Bu barədə ilhaq edilən Zaporojye vilayətinin administrasiya şurasının üzvü Vladimir Roqov bildirib.
Onun sözlərinə görə, hazırda Ukrayna ordusunun hücumunun əsas hədəfi Zaporojye istiqamətidir. Roqov əlavə edib ki, Rusiya Silahlı Qüvvələri də öz növbəsində müdafiə xəttini gücləndirir: "Çünki Ukrayna Silahlı Qüvvələrinin bu ərazini yarıb keçmək üçün maksimum qüvvədən istifadə etməsi ehtimalı var".